Manamada yaşayış binasına zərbə faciə ilə nəticələndi
İranın zərbəsi nəticəsində Bəhreynin paytaxtı Manamada yaşayış binasına ziyan dəyib. Bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə Manamanın mərkəzində yerləşən çoxmənzilli yaşayış binasına endirilib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Hazırda yaralananların dəqiq sayı açıqlanmır, məlumatların dəqiqləşdirildiyi qeyd olunur.
Hadisə yerində təcili tibbi yardım və xilasedici xidmətlərin əməkdaşları işləyir.
Nazirliyin açıqlamasında qeyd olunub ki, paytaxt Manamada yerləşən yaşayış binasına endirilən zərbə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.