İran dünyanın ən böyük neft emalı zavodlarından birini hədəf aldı
İranın Ras Tannuradakı Saudi Aramco neft emalı zavoduna hücum etdiyi bildirilir. Sözügedən müəssisə dünyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur.
Məlumatda qeyd olunur ki, zərbə nəticəsində zavod ərazisində yanğın baş verib və təhlükəsizlik məqsədilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.
Bildirilir ki, hücum zamanı Shahed-136 tipli pilotsuz uçuş aparatlarından istifadə olunub.
Hazırda rəsmi təsdiq və zərərin miqyası ilə bağlı əlavə məlumat açıqlanmayıb.