İran ABŞ və İsrailə görünməmiş gücdə zərbə vəd etdi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Vaşinqton və Təl-Əvivi 1 martda misilsiz qisasın gözlədiyini bəyan edib.
O, sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, əvvəlki raket yaylımları düşmən obyektlərinə ciddi ziyan vurub.
Laricani vurğulayıb:
“Bu gün onlara indiyədək qarşılaşmadıqları gücdə zərbə endirəcəyik!”
Bəyanat ali dini lider Əli Xameneinin ölümü fonunda səsləndirilib.