Fransada təbii yanğınlar genişlənir: daha 17 min hektar yandı
Fransada təbii yanğınlar mövsümü başlayandan bəri alovun məhv etdiyi ərazilərin sahəsi 115 min hektara çatıb.
Bu barədə ölkənin daxili işlər naziri Loran Nunyez məlumat verib. Nazir yanğınların yayılmaqda davam etdiyini bildirib.
Fransa hakimiyyəti 25 iyul, şənbə günü yanmış ərazilərin sahəsinin 98 min hektar olduğunu açıqlamışdı. Qısa müddət ərzində təbii yanğınlardan zərər çəkən torpaqların sahəsi daha 17 min hektar artıb.