“Güc tətbiqinə güclə cavab verəcəyik”: Vens İranı hədələdi
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Tehran iki ölkə arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun Vaşinqton tərəfindən şərhi ilə razı deyilsə, ABŞ İranla diplomatik təmaslara açıqdır.
Onun sözlərinə görə, İran ABŞ-la atəşkəs razılaşması imzalayıb və Vaşinqton həmin sənədin müddəalarına əməl edir.
“İran bizimlə atəşkəs razılaşması imzalayıb. Biz onun müddəalarını yerinə yetiririk. Əgər İran memorandumun bizim tərəfdən şərhi ilə razı deyilsə, telefonu götürüb zəng edə bilər”, — deyə Vensin sözlərini ABŞ mediası yayıb.
Bununla yanaşı, ABŞ vitse-prezidenti xəbərdarlıq edib ki, Vaşinqton “güc tətbiqinə güclə cavab verəcək”.
Bu açıqlama ABŞ hərbçilərinin Hörmüz boğazında yük gəmisinə qarşı İran dronu ilə həyata keçirildiyi bildirilən hücumdan sonra İrana zərbələr endirməsinin ardınca səslənib. Məlumata görə, ABŞ zərbələri İranın raket və dron anbarları, eləcə də radar obyektlərini hədəf alıb.