“Le Parisien”dən səs-küylü iddia: Makron şilləni şəxsi mesajlara görə alıb - FOTO
Fransa Prezidenti Emmanuel Makronun mobil telefonunda 42 yaşlı fransız-iranlı aktrisa Gölşiftə Fərəhanidən gələn şəxsi mesajlar onun Vyetnama səfəri zamanı həyat yoldaşı Brijit Makron tərəfindən şillələnməsinə səbəb ola bilər. Bu iddia ilə “Le Parisien” nəşri fransız reportyor Florian Tardifə istinadən çıxış edib.
Mənbələrin versiyasına görə, Brijit Makron təsadüfən şəxsi yazışmanı oxuyub və bundan sonra hökumət təyyarəsinin göyərtəsində həyat yoldaşına şillə vurub.

Bununla belə, birinci xanımın yaxın çevrəsindən olan rəsmi nümayəndələr yayılan şayiələri qəti şəkildə təkzib etməyə tələsiblər. Brijit Makronun etibarlı şəxsləri jurnalistləri əmin ediblər ki, Fransa liderinin xanımı ərinin yazışma məxfiliyinə hörmət edir və heç vaxt onun şəxsi cihazlarına baxmır.