Remissiyadan sonra Keyt Middlton ilk dəfə xaricə gedir
Keyt Middlton xərçəng müalicəsi fonunda həkimlərin remissiyanı təsdiqləməsindən sonra ilk xarici səfərinə çıxacaq.
Bu barədə Page Six Kensington Palacea istinadən məlumat yayıb. Uels şahzadəsi İtaliyanın Reggio Emilia şəhərinə səfər etməyi planlaşdırır.
Şahzadə gələn həftə İtaliyaya səfəri və Reco Emiliya yanaşmasının uşaqların inkişafını dəstəkləmək üçün təbiət və isti insan münasibətlərini necə bir araya gətirdiyini şəxsən görmək imkanını səbirsizliklə gözləyir, — deyə Kensinqton sarayından bildirilib.
Qeyd olunub ki, Keyt Middlton 2021-ci ildə uşaqlıq dövrü təcrübələrinin insanın gələcək həyatına necə təsir etdiyini araşdıran fond yaradıb.
Səfər çərçivəsində Keyt Middlton uşaqlar, onların valideynləri və pedaqoqlarla görüşəcək.