“ABŞ rejiminin aqressiyası müzakirə olundu” - Araqçi Putinlə görüşdən danışdı
İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi görüşü müsbət qiymətləndirib.
Diplomat bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər, regional məsələlər və Yaxın Şərqdəki münaqişə müzakirə olunub.
“Cənab Putin ilə çox yaxşı görüşüm oldu, bu görüş bəlkə də bir saat yarımdan çox davam etdi. Biz bütün mövzuları — həm ikitərəfli münasibətləri, həm regional məsələləri, həm də ABŞ və İsrail rejimlərinin aqressiyasını ətraflı müzakirə etdik”, — deyə Abbas Araqçi qeyd edib.