Yaponiya hökuməti silah ixracına icazə verdi
Yaponiya hökuməti müdafiə avadanlıqlarının ötürülməsinə dair “üç prinsip”in yenidən nəzərdən keçirilməsi barədə qərarı rəsmi olaraq təsdiqləyib.
Qərarla uzun illər mövcud olan silah ixracı məhdudiyyətlərinin, o cümlədən öldürücü silahların ixracına qoyulan qadağaların yumşaldıldığı bildirilir. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kixara məlumat verib.
O bildirib ki, hazırkı dövrdə heç bir ölkə təhlükəsizliyini təkbaşına təmin edə bilmir.
Onun sözlərinə görə, bu səbəbdən Yaponiya öz müdafiə-sənaye və texnoloji bazasını gücləndirməlidir. Bununla belə, baş katib Tokio hökumətinin “sülh dövlətinin əsas prinsiplərinə” sadiq qalacağını da vurğulayıb.