ABŞ rəsmiləri Kubada Raul Kastronun nəvəsi ilə görüşdü
ABŞ Dövlət Departamentinin əməkdaşları Havanaya səfər edərək Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi ilə görüşüblər. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, amerikalı rəsmilər Kuba tərəfinə Starlink peyk sistemi vasitəsilə internet bağlantısının bərpası üçün yardım təklif ediblər.
Bundan əlavə, danışıqlar zamanı ABŞ tərəfi Kubaya qarşı tətbiq olunan embarqonun aradan qaldırılması üçün yerinə yetirilməsi tələb olunan şərtləri bir daha gündəmə gətirib.
Daha əvvəl USA Today ABŞ-ın Kubaya qarşı hərbi əməliyyat planlaşdırdığı barədə məlumat yayıb. Lakin Pentaqon bu iddiaları təkzib edərək onları spekulyasiya adlandırıb.