Nigeriyada dəhşət: 17 hamilə qadın “körpə fabrikindən” xilas edildi
Nigeriyanın Lagos ştatında keçirilən əməliyyat nəticəsində “körpə fabriki” kimi tanınan həbsxanadan 17 hamilə qadın və 10 uşaq xilas edilib.
Bu barədə Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Agentliyinin (NSCDC) Lagos üzrə rəhbəri Adedotun Keshinro məlumat verib. Onun sözlərinə görə, əməliyyat Badagry bölgəsində əldə edilən kəşfiyyat məlumatı əsasında həyata keçirilib.
Əməliyyat zamanı saxlanılan məkandan 18–35 yaş arası 17 hamilə qadın və 10 uşaq azad edilib. Hadisə ilə bağlı 2 şübhəli şəxs də saxlanılıb.
Qeyd olunur ki, ölkədə qaçırılan qadınların dünyaya gətirdiyi körpələrin qanunsuz şəkildə satıldığı bu cür yerlər “körpə fabriki” adlandırılır.