Hörmüz boğazı yenidən qlobal gərginliyin mərkəzində
ABŞ donanmasının Hörmüz boğazını blokadaya alması ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsin pozulmasına səbəb ola bilər. Bu barədə RİA Novosti-yə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
O, Hörmüz boğazının blokadasını beynəlxalq hüquq baxımından qanunsuz və təxribat xarakterli addım adlandırıb, bunun atəşkəs rejiminin pozulması ilə nəticələnə biləcəyini vurğulayıb. İsmayıl Bəqai xəbərdarlıq edib ki, hadisələr bu istiqamətdə inkişaf edərsə, İran silahlı qüvvələri “zəruri tədbirlər” görməyə hazırdır.