Tehranda hücum nəticəsində Xameneinin müşaviri öldü
İranın ali lideri Muctəba Xameneinin müşaviri, İslam Respublikasının Strateji Beynəlxalq Münasibətlər Şurasının rəhbəri Kamal Xarazi Tehrana edilən son bombardmanlardan birində aldığı yaralardan vəfat edib. Bu barədə Press TV məlumat yayıb.
Məlumatda bildirilir:
“ Xarazi ABŞ-İsrail hücumu nəticəsində aldığı yaralardan dünyasını dəyişib.”
Qeyd olunur ki, 1 aprel tarixində onun Tehrana edilən hücum zamanı ağır yaralandığı bildirilmişdi.
Al Hadath telekanalının məlumatına görə isə, Xarazi hədəf alınaraq bombardman zamanı yaralanmışdı.