Kallasın sözləri qalmaqal yaratdı – sərt ittiham səsləndi
Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Rusiyanın guya digər ölkələrə “hücumları” ilə bağlı səsləndirdiyi fikirlər ölkənin keçmişini qaralamağa yönəlib. Bu barədə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov RIA Novosti-yə açıqlamasında bildirib.
Kallas müsahibələrinin birində son 100 ildə Rusiyanın guya 19-dan çox ölkəyə, o cümlədən Afrika qitəsində hücum etdiyini iddia edib. Konstantinov bu fikirləri “absurd” adlandırıb.
“Kallas tarixdən ümumiyyətlə xəbəri olmayan biridir. Bu, onun tərəfindən keçmişimizi qaralamağa yönəlmiş növbəti cəhdlərdir. Onun sözləri siyasi mədəniyyətin olmamasının göstəricisidir.”
Onun sözlərinə görə, Kallas bu cür iddialarla davam edərsə, hətta 22 iyunu Sovet İttifaqının faşist Almaniyasına hücum günü kimi təqdim edəcək qədər absurda gedib çıxa bilər.
O əlavə edib ki, bu cür açıqlamalar tarixi həqiqət baxımından qeyri-peşəkar və təhqiramizdir.