Türkiyə İrana silah verdiyi iddialarını rədd etdi - “Qara təbliğatdır”
Türkiyə Prezident Administrasiyası İrana silah tədarükü ilə bağlı yayılan iddiaları təkzib edib.
Bu barədə Türkiyənin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qurumdan bildirilib ki, Türkiyəyə qarşı səsləndirilən bu iddialar “psixoloji müharibənin tərkib hissəsi olan qəsdən hücumlar və qara təbliğat cəhdləridir” və ölkənin konstruktiv rolunu sarsıtmağa yönəlib.
Qeyd olunur ki, söhbət İran ordusunun guya Türkiyə istehsalı olan hava hücumundan müdafiə sistemlərindən istifadə etməsi ilə bağlı məlumatlardan gedir.
Prezident Administrasiyası vətəndaşları bu cür dezinformasiyaya inanmamağa çağırıb.