Ərdoğan Qara dənizdə gəmilərə hücumların təhlükəli olduğunu bildirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin ilə telefon danışığı zamanı bildirib ki, Qara dəniz akvatoriyasında gəmilərə hücumlar regionun sabitliyinə zərər vurur. Bu barədə RIA Novosti məlumat yayıb.
Ərdoğan həmçinin vurğulayıb ki, İranla bağlı münaqişə Rusiya-Ukrayna böhranı çərçivəsində yeni gərginlik ocaqlarının yaranmasına səbəb olmamalıdır.
“Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Türkiyənin səylərinə mane olunmaması vacibdir. Türkiyə bütün tərəflərə gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyi tövsiyə edir. Qara dənizdə mülki gəmilərə hücumlar regionun sabitliyinə zərər vurur,” — deyə Türkiyə Prezidentinin administrasiyası bildirib.