Netanyahu digər ölkələrin İrana qarşı əməliyyatlara qoşulacağına ümid edir
İsrailin baş naziri Benyamin Netanyahu ümid etdiyini bildirib ki, digər ölkələr də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulacaq. Bu barədə The Times of Israel məlumat yayıb.
“Artıq vaxtıdır ki, digər ölkələrin liderləri də bizə qoşulsun”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İran “hamını hədəfdə saxlayır” və beynəlxalq nəqliyyat arteriyasını dayandıraraq dünyanı şantaj etməyə çalışır.