İran qarşıdurması böyüyür, ekspert nüvə riskindən danışdı
ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Davis bildirib ki, ABŞ İranla qarşıdurmada çətin vəziyyətə düşüb və Hörmüz boğazını açmaq üçün real imkan görmür.
Bu barədə o, YouTube kanalında çıxışı zamanı danışıb.
“Biz dalana dirənmişik. Çox pis vəziyyətdəyik. Aydın çıxış yolu yoxdur. Həqiqətən ciddi problem yaşayırıq, çünki Donald Tramp və İsrail bombalar və raketlər atmağa davam etsələr belə, bu **boğazın açılmasına kömək etməyəcək”.
Daniel Davis qeyd edib ki, İran Trampın təhdidlərinə boyun əymir və bu vəziyyət qarşıdurmanın daha da kəskinləşməsinə, hətta nüvə səviyyəsinə qədər yüksəlməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, Donald Tramp səbrsiz liderdir və ona açıq şəkildə müqavimət göstərilməsinə öyrəşməyib. Buna görə də belə şəraitdə nüvə silahından istifadə təklifinə meyllənə biləcəyi ehtimalı istisna olunmur.