ABŞ İran elitasının başına mükafat qoydu - Xamenei ailəsi hədəfdə
ABŞ Dövlət Departamenti İranın yeni ali lideri hesab edilən Müctəba Xamenei və İslam Respublikasının bir sıra yüksək vəzifəli rəsmiləri haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat elan edib.
Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, mükafat “Rewards for Justice” proqramı çərçivəsində təqdim olunur. Proqramın məqsədi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onunla əlaqəli strukturların əsas rəhbərləri haqqında məlumat əldə etməkdir.
Mükafat elan olunan şəxslər siyahısına İra vir Yəhya Rəhim Səfəvi, daxili işlər naziri Eskandar Moməni və kəşfiyyat naziri İsmail Xətib də daxil edilib.
ABŞ tərəfi bu şəxslər barədə veriləcək məlumatların 10 milyon dollara qədər mükafatla qiymətləndirilə biləcəyini bildirib.