İranın ali lideri sosial şəbəkələrdə qeydiyyatdan keçdi
İranın ali lideri Muctəba Xamenei sosial şəbəkələrdə rəsmi hesablar açıb.
Məlumata görə, o, X sosial şəbəkəsində və Telegram messencerində hesab yaradıb və bir neçə saat əvvəl ilk paylaşımını – öz fotosunu yayımlayıb.
Hazırda X platformasında onun hesabını 37 mindən çox istifadəçi izləyir. Xamenei isə yalnız bir hesabı izləyir – bu hesab onun mərhum atası və İranın keçmiş ali lideri Əli Xameneiyə məxsusdur.
İran liderinin seçdiyi istifadəçi adı @Rahbarenghelab olub. Bu söz fars dilində “İnqilabın lideri” mənasını verir.
Bundan əlavə, Telegram-da “Ayatollah Sayyid Mojtaba Khamenei” adlı kanal yaradılıb. Kanalın təsvirində ali liderin bəyanatlarının burada yayımlanacağı qeyd olunub. Hazırda kanala iki mindən çox istifadəçi abunə olub.