ABŞ əməliyyatının ikinci günündə İran kəşfiyyatı müharibəni dayandırmaq təklifi ilə çıxış edib.
Bu barədə The New York Times nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücumların başlanmasından bir gün sonra İran Kəşfiyyat Nazirliyinin əməkdaşları dolayı yolla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əlaqə saxlayaraq münaqişənin dayandırılması şərtlərini müzakirə etməyi təklif ediblər.
Nəşrin yazdığına görə, İsrail rəsmiləri isə İranın hərbi potensialına maksimum zərbə vurulmasını istəyərək ABŞ-ı bu təklifi nəzərə almamağa çağırıblar.
Məqalədə qeyd olunur ki, hazırda Vaşinqton İran kəşfiyyatının bu təklifini ciddi qəbul etmir.