İsrail Livanda hərbi əməliyyata başladı
İsrail Livan ərazisində “Hezbollah”a məxsus obyektlərə zərbələr endirməyə başladığını açıqlayıb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“Al Jazeera” telekanalının məlumatına görə, Livanın paytaxtı Beyrutda partlayış səsləri eşidilib, şəhər üzərində tüstü qalxır.
ABŞ səfirliyi isə öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Vəziyyət sürətlə gərginləşir.