ABŞ İranla uzunmüddətli müharibəyə davam gətirə bilməz. Bu barədə The American Conservative (AC) portalı mümkün nəticələrlə bağlı xəbərdarlıq edib.
Məqalədə qeyd olunur ki, uzanan qarşıdurma şəraitində amerikalı hərbçilər həlak olacaq, Yaxın Şərqdəki ABŞ hərbi bazaları isə hücumlara məruz qalacaq.
Portal sual edir:
“Amerikalı əsgərlərin həyatı İsrailin Yaxın Şərqdə təsirini maneəsiz genişləndirməsi ehtimalına dəyərmi?”
Nəşr həmçinin vurğulayır ki, hərbi əməliyyatların tez başa çatması belə Tehranın danışıqlar masasına qayıtmasına zəmanət vermir. Məqalədə bildirilir ki, Vaşinqton diplomatiyanı eskalasiya üçün örtük kimi istifadə etməklə özünü diskreditə edib.