İsrailin Livana hücumu 30-dan çox insanın həyatına son qoydu
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ən azı 31 nəfər həlak olub, 149 nəfər yaralanıb. Bu barədə Livanın Səhiyyə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Nazirlik bildirib ki, dağıntılar altında qalanların axtarışı davam edir və ölənlərin sayı arta bilər.
Açıqlamada qeyd olunub ki, raketlər iki yaşayış binasına düşüb və həmin məhəllələrdə xilasedicilər dağıntıları təmizləməkdə davam edirlər.