Xameneidən sonra ölkəni kim idarə edəcək?
İran prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin başçısı və Konstitusiya Mühafizəçiləri Şurasının üzvlərindən biri ali dini lider Əli Xameneinin həlakından sonra ölkəyə müvəqqəti rəhbərlik edəcəklər. Bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, onlar keçid dövründə İranın idarəçiliyini həyata keçirəcəklər. Lakin bu mərhələnin nə qədər davam edəcəyi və adı çəkilən şəxslərin hansı konkret səlahiyyətlərə malik olacağı açıqlanmayıb.
Bundan əvvəl İran rəsmiləri Əli Xameneinin ABŞ və İsrail əməliyyatı nəticəsində həlak olduğunu təsdiqləmişdi. Ölkədə 40 günlük ümummilli matəm elan olunub və qarşıdakı yeddi gün qeyri-iş günü kimi müəyyənləşdirilib.