Tramp Xameneini “ən qəddar insanlardan biri” adlandırdı
ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək İranın ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı sərt açıqlama verib.
Tramp Xameneini “tarixin ən qəddar insanlarından biri” adlandırıb və yazıb ki, bu hadisə təkcə İran xalqı üçün deyil, həm də Xameneinin və tərəfdarlarının öldürdüyü və ya şikəst etdiyi amerikalılar və digər ölkələrin vətəndaşları üçün “ədalət”dir.
O bildirib ki, Xamenei ABŞ-ın “kəşfiyyat imkanları və yüksək texnologiyalı izləmə sistemləri” qarşısında heç nə edə bilməzdi.
Trampın sözlərinə görə, Vaşinqton İranın SEPAH, hərbi strukturları, polis və təhlükəsizlik qüvvələrinin nümayəndələrindən müharibə istəmədiklərinə və təhlükəsizlik zəmanəti almağa çalışdıqlarına dair siqnallar alır.