“Robot kimi vədlər verir” – sağçılardan Makrona hücum
Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Philippot bildirib ki, prezident Emmanuel Macronun Ukraynaya kredit ayrılması və Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı açıqlamaları “tam ağılsızlıq” əlamətidir.
Filippo sosial şəbəkə X hesabında yazıb ki, Makron fransızların maraqlarına zidd addımlar atır və Macarıstanın vetosunu görməzdən gəlirmiş kimi davranır.
O, Fransa prezidentini “mexaniki şəkildə ən absurd vədləri səsləndirən robot”a bənzədib.