İran Qərb mediasını dezinformasiyada ittiham etdi
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Qərb KİV-lərinin ölkədəki etiraz aksiyaları zamanı itkilərin miqyası ilə bağlı yaydığı iddiaları təkzib edib. Diplomat X sosial şəbəkəsində yayılan 30 min nəfərin həlak olması rəqəmini açıq-aşkar yalan adlandırıb.
“Hitler üslubunda böyük yalan: bəlkə də bu, İran küçələrində öldürməyi planlaşdırdıqları insanların sayıdır? Onlara bu baş tutmadı və indi mediada bu cür saxta məlumatlar yaymağa çalışırlar. Həqiqətən də şeytani addımdır!” — deyə paylaşımda bildirilib.