“Heç olmasa Miladda” — Papa dünyaya sülh çağırışı etdi
Roma Papası Papa Lev XIV Milad ərəfəsində qlobal atəşkəsə çağırıb. Bu barədə The Guardian məlumat yayıb.
“Bir daha bütün xoşniyyətli insanlara müraciət edirəm ki, sülh gününə hörmət etsinlər — heç olmasa Xilaskarımızın Milad bayramında”, — deyə pontifik bildirib.
Vatikan rəhbəri ehtimal edib ki, Rusiya atəşkəs çağırışını rədd edib. O, ümid etdiyini vurğulayıb ki, heç olmasa 24 saat ərzində dünyada sülh bərqərar olar.
Nəşr qeyd edir ki, atəşkəs təşəbbüsünə Kiyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun məhv edilməsi ilə bağlı qərarı mane ola bilər. Hərbçi avtomobilinin altına quraşdırılmış əl işi partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub. Hadisə paytaxtın Orexovo-Borisovo Cənub rayonunda, Yasenyevaya küçəsində baş verib.