Gərginlik artır: Rusiya Venesuelada təxliyəyə başladı
Rusiya Venesueladakı diplomatlarının ailələrinin təxliyəsinə başlayıb. Bu barədə “The Associated Press” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, cümə günü qadınlar və uşaqlar Karakasdan çıxarılıb, çünki Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan artan təzyiq və regionda gərginliyin yüksəlməsi fonunda vəziyyəti “çox qaranlıq” kimi qiymətləndirir.
Ağ Ev və Kreml məlumatla bağlı hələlik şərh verməyib.