Təhlükəsizlik zəmanətləri gündəmdə: Zaxarovadan açıqlama
Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə ABŞ arasında aparılan danışıqların gedişi ilə bağlı məlumatları yalnız bu cür informasiya əlçatan olduqdan və dərcə hazır vəziyyətə gətirildikdən sonra təqdim edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Əgər bu məsələ ilə bağlı paylaşa biləcəyimiz məlumat ortaya çıxarsa, bunu mütləq edəcəyik”, — deyə Zaxarova vurğulayıb və əlavə edib ki, hazırda onun ixtiyarında əlavə məlumat yoxdur.
ABŞ-ın The New York Times qəzetinin 17 dekabr tarixli yazısına görə, Berlində keçirilən görüşlər zamanı ABŞ və Avropa İttifaqı nümayəndələri Ukrayna hakimiyyəti ilə Kiyev üçün təhlükəsizlik zəmanətlərini tənzimləyən iki sənəd üzrə razılığa gəliblər.
Həmin sənədlər Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, eləcə də çəkinmə tədbiri kimi Avropa qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur.