Ağ Evdə yekun çıxış: Tramp ABŞ-ın “dirçəlişini” elan etdi
ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edərək administrasiyasının fəaliyyətinin yekunlarını açıqlayıb.
Denmedia.az xəbər verir ki, onun çıxışı Ağ Ev tərəfindən yayımlanıb.
Tramp bildirib ki, bir il əvvəl ABŞ tənəzzül vəziyyətində idi, indi isə “dünyanın ən güclü ölkəsinə” çevrilib. Onun sözlərinə görə, vəzifəyə başladığı vaxt inflyasiya son 48 ilin ən yüksək səviyyəsində olub.
“Onlar (demokratlar) xaos yaratdılar. Dünyada dəhşətli vəziyyət formalaşdırdılar. Amma indi ölkədə qanuna əməl edən, zəhmətkeş insanlar üçün mübarizə aparan prezident var”, — deyə Tramp bildirib.
O vurğulayıb ki, administrasiyası 11 ay ərzində ABŞ tarixində istənilən digər hökumətdən daha çox iş görüb. Prezidentin sözlərinə görə, Amerika ordusu dünyanın ən güclü ordusuna çevrilib, dəniz yolu ilə ölkəyə daxil olan narkotik axını 94% azalıb, həmçinin son 50 ildə ilk dəfə ABŞ-dən miqrant axını müşahidə olunur.
Tramp çıxışında Ukrayna və Venesuelanı xatırlatmayıb.