Venesuela BMT-yə müraciət etdi: ABŞ-a qarşı təcili iclas tələbi
The New York Times yazır ki, Venesuela çərşənbə günü ABŞ-ın addımları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edərək təcili iclas çağırılmasını istəyib.
Nəşrin əldə etdiyi Venesuela xarici işlər nazirinin məktubunda bildirilir ki, “ABŞ prezidenti cəzasız şəkildə və bütün dünyanın gözü qarşısında ölkəmizin milli suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozur.”
Karakas ABŞ-ı beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edir və vurğulayır ki, Vaşinqtonun davranışı “beynəlxalq münasibətlərə xaos və dağıntı gətirir.”
Məlumata görə, Venesuela Təhlükəsizlik Şurasına ünvanladığı ayrıca məktubda ABŞ-ın Venesuela gəmiləri və ticarətinə qarşı addımlarını pisləmək və müdaxilə etmək çağırışı da edib.
Eyni zamanda qəzet yazır ki, Venesuela hökuməti neft məhsulları daşıyan gəmilərin hərbi-dəniz donanması tərəfindən müşayiət olunması barədə göstəriş verib. Məlumatlı mənbələrin sözlərinə görə, bir neçə gəmi çərşənbə axşamı axşamdan çərşənbə səhərinədək hərbi eskortla yola çıxıb.
Qeyd olunur ki, hərbi müşayiət Trampın hədələrinə cavab olaraq tətbiq edilib. ABŞ rəsmisi isə nəşrə bildirib ki, Vaşinqton eskortdan xəbərdardır və müxtəlif variantları nəzərdən keçirir.