The Guardian yazır: Brijit Makrona qarşı yüzlərlə qadın məhkəməyə üz tutdu
Bir neçə Fransa təşkilatı ölkənin hazırkı prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makrona qarşı məhkəmə iddiaları qaldırıb. Bu barədə The Guardian məlumat yayıb. Bildirilir ki, birinci xanım feministlərlə qalmaqala düşüb: teatr tamaşalarından birində aktivistləri seksist ifadə ilə təhqir edib.
Məlumata görə, 300-dən çox qadın Brijit Makronu açıq şəkildə təhqirdə ittiham edərək şikayət verib. Hadisə feministlərin aktyor və komik Ari Abittanın tamaşasını pozmasından sonra baş verib. Abittan daha əvvəl zorlamada ittiham olunmuşdu. Brijit Makron sənətçi ilə söhbət zamanı baş verənlərə qadınları təhqir edən ifadə ilə reaksiya verib.
Xatırladaq ki, Fransa prezidentinin həyat yoldaşı daha əvvəl də korrupsiya qalmaqalının mərkəzində olub. Yerli KİV-in məlumatına görə, Brijit Makron son üç il ərzində Pieces Jaunes xeyriyyə fondundan təxminən €2 milyon vəsaiti dostunun rəhbərlik etdiyi təşkilatın hesablarına köçürüb.