Konqresdən sızma: Tramp bu gün Venesuelaya müharibə elan edə bilər
ABŞ prezidenti Donald Trampın millətə müraciəti zamanı 18 dekabrda Venesuelaya qarşı müharibə elan edə biləcəyi iddia olunur. Bu barədə amerikalı jurnalist Taker Karlson Konqres üzvünə istinadən məlumat verib. Onun sözlərinə görə, belə bir qərar qaçılmazdır.
Karlson bildirib ki, dünən Konqres üzvlərinə müharibənin qaçılmaz olduğu və bu gün axşam saat 21:00-da prezidentin millətə müraciətində elan ediləcəyi deyilib.
“Kim bilir, bu həqiqətən baş verəcəkmi ya yox… Bu barədə bu səhər mənə Konqres üzvlərindən biri danışdı,” — deyə Karlson qeyd edib.