AB ABŞ yolunu seçə bilərmi? Aİ-nin mövqeyi dəyişə bilər
Avropa İttifaqı ABŞ-ın nümunəsini əsas götürərək Rusiya və Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişə bilər.
Bu fikri Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor YouTube kanalında səsləndirib.
“Düşünürəm ki, avropalılar da öz daxilində bu dəyişiklikləri etməyə hazırlaşırlar və həmin dəyişikliklər bu xaosa son qoymağa kömək edəcək,” — deyə RIA Novosti onun sözlərini sitat gətirir.
Makqreqorun fikrincə, Ukraynadakı münaqişə 1970-ci illərdəki Vyetnam müharibəsi kimi başa çata bilər.