“Vahid Çin” prinsipi pozuldu: Çin Yaponiya rəsmisini cəzalandırdı
Çinin Xarici İşlər Nazirliyi bazar ertəsi günü Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargahının (OŞSS) keçmiş rəisi Sigeru İvasakiyə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
“Sigeru İvasaki açıq şəkildə ‘Tayvanın müstəqilliyi’ni dəstəkləyən separatçı qüvvələrlə əlbir olub, bununla da ‘vahid Çin’ prinsipini və Çinlə Yaponiya arasında mövcud siyasi sənədlərin ruhunu ciddi şəkildə pozub, Çinin daxili işlərinə kobud müdaxilə edib, ölkənin suverenliyi və ərazi bütövlüyünə ciddi zərbə vurub,” — deyə Çin XİN-in yaydığı bəyanatda bildirilir.
Sanksiyalar İvasakinin Çində yerləşən daşınar və daşınmaz əmlakının, eləcə də ona məxsus digər mülkiyyət növlərinin dondurulmasını nəzərdə tutur.
Bundan əlavə, Çindəki təşkilat və fiziki şəxslərə İvasaki ilə hər hansı əməliyyat aparmaq, əməkdaşlıq etmək və ya başqa fəaliyyət göstərmək qadağan edilib. Ona həmçinin materik Çin, Honkonq və Makaoya giriş də yasaqlanıb.
Xatırladaq ki, mart ayında Pekin İvasakinin Tayvan administrasiyasının ali icraedici orqanı olan İcraedici Yuanın fəxri müşaviri təyin olunmasına görə Tokyoya rəsmi etiraz bildirib.
Sanksiyalar bazar ertəsi, 15 dekabr tarixindən qüvvəyə minir.