290 nəfərin olduğu təyyarə qəzaya uğradı: yanğın oldu
Vaşinqtondan Tokioya uçan sərnişin təyyarəsinin mühərriki uçuş zamanı sıradan çıxıb.
DenMedia.az xəbər verir ki, bu barədə “Nyu York Post ” (NYP) qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə 13 dekabrda Dalles Beynəlxalq Hava Limanında baş verib.
“United Airlines” təyyarəsi mühərrikinin sıradan çıxması səbəbindən havaya qalxdıqdan dərhal sonra ABŞ paytaxtındakı hava limanına qayıtmaq məcburiyyətində qalıb. Manevr zamanı mühərrik qapağının bir hissəsi qoparaq alovlanıb və nəticədə hava limanının yaxınlığındakı meşəlik ərazidə yanğın baş verib. Təyyarədə 275 sərnişin və 15 heyət üzvü olub. O, təhlükəsiz eniş edib və heç kim xəsarət almayıb”, – deyə bildirilib.
Hadisədən sonra təyyarənin uçuşu dayandırılıb və Federal Aviasiya Administrasiyası araşdırmaya başlayıb.
Sahnaz