Ağ Evdən mesaj: Ukrayna münaqişəsində böyük irəliləyiş var
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin nizamlanması istiqamətində irəliləyiş gördüyünü bildirib.
“Hələ dayandırmalı olduğumuz bir müharibə var. Və hazırda bu istiqamətdə böyük irəliləyiş əldə edirik”, — deyə Tramp Ağ Evdə Ukrayna məsələsindən danışarkən bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna böhranı üzrə razılaşmanın mümkün olub-olmadığı aydınlaşacaq.
“Görək razılaşma əldə edə biləcəyikmi. Düşünürəm ki, bu, tezliklə bəlli olacaq”, — deyə ABŞ prezidenti əlavə edib.