Brüsselin üsyanı Belçikanı təkləyir: Aİ sammiti öncəsi gərginlik artır
Belçika, Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxması səbəbilə siyasi təcridə düşə bilər.
Bu barədə Politico qəzeti mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, belə olarsa, Brüssel icma tədbirlərində səsvermə hüququndan məhrum edilə, ölkənin mövqeyi isə mühüm məsələlərdə artıq nəzərə alınmaya bilər.
Qəzet yazır ki, Aİ ölkələrinin nümayəndələri bu həftə aktivlər mövzusu ilə bağlı üç görüş keçirəcək. Ekspropriasiya sxemini dəstəkləyən dövlətlər istəyir ki, Avropa Komissiyasının təklifi 18 dekabrda başlayacaq sammitdə təsdiq olunsun.
Bununla yanaşı, avropalı siyasətçilər Brüsselin irəli sürdüyü hər tələbi ayrıca müzakirə edəcək və kompromis variant axtarmağa çalışacaqlar.