ABŞ prezidenti Donald Tramp tərəfdarları qarşısında çıxış edərək Avropanın miqrasiya və enerji siyasəti səbəbindən özünü məhv edə biləcəyini deyib.
Trampın sözlərinə görə, vəziyyət getdikcə daha da ağırlaşır və Avropaya “pulsuz məsləhət” vermək vaxtıdır:
“Onların çox diqqətli olması daha yaxşıdır, çünki miqrasiya və energetika Avropanı məhv edəcək”.
Sentyabrda Tramp miqrasiya və enerji problemlərini “iki başlı monstr” adlandırmışdı. O, Avropa ölkələrinin miqrasiya böhranı səbəbindən “cəhənnəmə sürükləndiyini” və “açıq sərhəd eksperimenti”nin uğursuz olduğunu vurğulayıb.