ABŞ Avropanı "xilas" etməsin – Mers sərt mesaj verdi
“ABŞ-ın Avropada demokratiyanı "xilas etməyə" ehtiyacı yoxdur.”
Almaniyanın kansleri Fridrix Mers bildirib ki, ABŞ-ın Avropanı “xilas etmək” cəhdləri yersizdir. Bu barədə o, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən The Guardian-a istinadla deyilir.
Kanslerin sözlərinə görə, Avropa heç bir şəkildə çöldən “xilas edilməyə” ehtiyac duymur, əksinə, bu sənəd göstərir ki, Avropa İttifaqı təhlükəsizlik məsələlərində daha müstəqil olmalıdır.
“Avropa, xüsusilə müdafiə və xarici siyasət sahəsində ABŞ-dan daha az asılı olmalıdır.” — deyə Mers vurğulayıb.