Papa Lev XIV ABŞ-a səsləndi: Venesuelaya qarşı hərbi əməliyyat yolverilməzdir
Papa XIV Leo bildirib ki, ABŞ Venesuela ilə bağlı mövcud problemləri həll etmək üçün hərbi yola deyil, dialoqa və siyasi təzyiqə əsaslanan alternativlərə üstünlük verməlidir. Bu barədə Avropa KİV-ləri məlumat yayıb.
Pontifikin sözlərinə görə, Vaşinqtonun Venesuela ərazisinə mümkün hərbi əməliyyat barədə düşündüyü haqda siqnallar var:
“Venesuela ərazisinə müdaxilə ehtimalı görünür. Mən həqiqətən inanıram ki, daha doğru yol — dialoq və bəlkə də iqtisadi təzyiq vasitəsilə vəziyyətin dəyişdirilməsidir.”
Papa əlavə edib ki, əgər ABŞ Venesuelada dəyişiklik istəyirsə, bunu “başqa bir yol” ilə etmək daha düzgün olar.