Trampdan Maduraya ultimatum: Ailənlə birlikdə ölkəni bir həftəyə tərk et
ABŞ prezidenti Donald Tramp 21 noyabrda keçirdiyi telefon danışığı zamanı Venesuela lideri Nikolas Maduradan ailəsi ilə birlikdə ölkəni həftə sonuna qədər tərk etməsini tələb edib. Bu barədə Reuters məlumat yayıb və agentlik bunu məlumatlı mənbələrə istinadla bildirib.
Mənbələrin sözlərinə görə, Maduro vitse-prezident Delci Rodrigezə yeni seçkilərdən əvvəl müvəqqəti administrasiyanı idarə etməyi təklif edib. Lakin Tramp 15 dəqiqəlik danışıq zamanı onun şərtlərinin böyük hissəsini rədd edib, yalnız Maduraya və ailəsinə təhlükəsiz şəkildə ölkədən çıxmaq üçün bir həftə vaxt verilməsinə razılaşıb.
Vaxt həddi 28 noyabr, cümə günü başa çatdıqdan sonra ertəsi gün — şənbə günü — Venesuelanın hava məkanı tamamilə bağlandığı elan edilib.