Nigeriya fövqəladə vəziyyət elan etdi
Nigeriya prezidenti Bola Tinubu ölkədə fövqəladə vəziyyət elan edib və hərbçilərin, eləcə də polis əməkdaşlarının sayının artırılması barədə göstəriş verib. Bu barədə dövlət başçısının informasiya və strategiya üzrə xüsusi müşaviri Bayo Onanuga sosial şəbəkə X-də məlumat verib.
«Şər qüvvələrin gizlənə biləcəyi yerlər artıq olmayacaq. Əziz nigeriyalılar, ölkədə vəziyyət fövqəladədir və biz təhlükəsizlik təhdidlərinin olduğu bölgələrə əlavə qüvvələr göndərərək buna cavab veririk. Zaman hamının ayıq-sayıq olmasını tələb edir», — deyə paylaşımda bildirilir.
Xüsusilə qeyd olunur ki, polis sıralarına əlavə 20 min nəfər qəbul ediləcək və bununla da əməkdaşların ümumi sayı 50 minə çatdırılacaq.
DenMedia.az