Volqoqradda "LUKOYL" zavoduna BPU hücumu — yanğın başladı
Oktyabrın 9-na keçən gecə Volqoqrad vilayətinin Kotovo şəhərində “LUKOYL-Korobkovski” qaz emalı zavoduna pilotsuz təyyarələr hücum edərək zavodda yanğına səbəb olub.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov hücum və yanğını təsdiqləyib. Onun sözlərinə görə, Kotovski rayonunda “düşən pilotsuz təyyarələrin dağıntılarının yerə düşməsi nəticəsində yanacaq-energetika obyektlərində yanğın baş verib”.
DenMedia.az xəbər verir ki, NASA-nın FIRMS peyk məlumatlarına görə, həqiqətən də zavodda yanğın aşkar edilib.
Korobkovski Qaz Emalı Zavodu Rusiyanın Cənub Federal Dairəsində ən böyük qaz emalı zavodudur. Onun istehsal gücü ildə 450 milyon kubmetr qaz xammalına çatır. Zavod digər məhsullarla yanaşı, mayeləşdirilmiş qaz və benzin istehsal edir ki, onun da əhəmiyyətli hissəsi ixrac olunur.