Lüksemburqda tarixi an: Böyük Hersoqun taxtı varisə keçir
Lüksemburqun Böyük Hersoqu Anri 3 oktyabrda taxtdan imtina edərək onu oğlu Giyoma ötürəcək. Bununla da 25 illik hakimiyyətinə son qoyacaq.
DenMedia.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Monarx öz qərarını 2024-cü ilin 25 dekabrında Milad müraciətində açıqlamışdı və artıq təqaüdə çıxma vaxtının gəldiyini bildirmişdi.
Anri 7 oktyabr 2000-ci ildən bəri Böyük Hersoq vəzifəsini icra edir. O, Lüksemburqun doqquzuncu hökmdarı və Avropanın 12 monarxından biridir. Anri bu posta 36 il taxtda oturan atası Janın abdikasiyasından sonra gəlmişdi.
Hakimiyyətin ötürülməsi prosesi artıq 2024-cü ildə başlamışdı: 43 yaşlı Giyom bir çox vəzifələri üzərinə götürərək hersoqluğun rəsmi nümayəndəsi kimi çıxış edirdi. Onunla birlikdə taxta həyat yoldaşı — belçikalı qrafın qızı Stefani de Lannua qalxacaq.