İran Azərbaycanla bağlı sübut tapmadığını etiraf etdi
“İsraillə 12 günlük müharibədə Azərbaycanın İrana qarşı addımlar atmasına dair sübutlar yoxdur”.
Denmedia.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Mötəbər faktlara əsaslanmalıyıq. Bəziləri nəyisə iddia edə bilərlər, amma bizə konkret sübut lazımdır. Azərbaycan hökuməti bildirib ki, belə bir şey olmayıb və bizim buna inanmamağa əsasımız yoxdur. Nəzərə alın ki, Azərbaycan qonşu müsəlman ölkəsidir, mədəniyyət baxımından bizə yaxın və mehribandır. Digər qonşularla olduğu kimi, bəzi məsələlərdə fikir ayrılıqları ola bilər. Bu amili hər zaman nəzərə alırıq. Dostluq və bəzi sahələrdə fikir ayrılığımız ola bilər. Hətta Rusiya və Çin kimi böyük dövlətlərin də İsraillə əlaqələri var, amma biz öz maraqlarımız əsasında hərəkət edirik.
Azərbaycan bizə qarşı heç bir rəsmi tədbir görməyib, əlimizdə heç bir inandırıcı dəlil yoxdur”, - Laricani qeyd edib.
Sahnaz