Azərbaycanda 63 yaşlı qadın ilk dəfə ana oldu
Azərbaycanda 63 yaşlı qadın ilk dəfə ana olub. Bu barədə mama-ginekoloq Natiq Məhərrəmov sosial şəbəkə hesabında məlumat verib.
Həkimin sözlərinə görə, pasiyent uzun illər gözlədikdən sonra uğurlu müalicə prosesi keçib və nəticədə övlad sahibi ola bilib.
“Allahın köməyi ilə müalicəmizi apardıq və 63 yaşlı anamız ilk dəfə körpəsini qucağına ala bildi. Allaha şükür”, — deyə həkim yazıb.
Qeyd edək ki, 60 yaşdan yuxarı qadınların uşaq dünyaya gətirməsi olduqca nadir hallardan sayılır. Bu cür hallar, adətən, müasir köməkçi reproduktiv texnologiyaların tətbiqi nəticəsində mümkün olur.