Bu marşrut üzrə hərəkət edən avtobuslar yenilənəcək
119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.